2,4 kiloqrama yaxın narkotik aşkarlandı - DİN

10:59 10.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də və 9-da ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Noyabrın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 patron darağı və 10 tüfəng aşkar edərək götürüblər.